Geologiya və hidrogeologiya

Geologiya və hidrogeologiya, geoloji xəritələrin tərtibi, geoloji CİS-in qurulması, qrunt və su nümunələrinin laboratoriya analizləri üzrə KOLANI CONSTRUCTION MMC peşəkar xidmətlər göstərir. Geoloji şəraitin və dinamikanın öyrənilməsi, mühəndisi geoloji tədqiqat əsasında bina bünövrələrinin və su hövzələrinin, müxtəlif tikinti və qurğuların davamlılığının hesablanması mühəndis fəaliyyəti ilə bağlı önəm kəsb edən məsələlərdəndir.

Geoloji və hidrogeoloji xidmətlər (hidrogeologiya):

  • Mühəndisi-geologiya tədqiqatları
  • Fond materialların toplanması (geoloji və hidrogeoloji), müqayisəli analiz
  • Kəşfiyyat quyularının qazılması
  • İnfrastruktur və tikinti layihələrində geologiya və geodeziya təminatı
  • Geotexniki tədqiqat (standart penetrasiya testi (SPT) / pressiometr / inklinometr və s.)
  • Dənizdə stasionar özüllərin yerləşdirilməsinin təminatı və geoloji araşdırılması
  • Geoloji xəritələrin tərtibi və geoloji CİS
  • Hidrogeologiya tədqiqatı və su ehtiyatların tədqiqi
  • Yeraltı su laylarının rastgəlmə dərinliyinin və qalınlıqlarının (sulu horizontların) təyini
  • Su mənbələri üzrə axtarış-kəşfiyyat işləri
  • Quyularda təcrübi-sınaq işlərinin aparılması
  • Hidrogeoloji parametrlərin hesablanması
  • Su təchizatı sistemi və texniki vəziyyətin tədqiqi
  • Qrunt laboratoriya tədqiqatları

Hidrogeoloji (Hidrogeologiya) xidmətlər:

  • Sahənin hidrogeoloji şəratinin öyrənilməsi, kəşfiyyat quyularında təcrübi-sınaq işləri
  • Sulu təbəqələr və səth suları arasında qarşılıqlı əlaqənin təhlili, su təchizatı sistemi və onun texniki vəziyyətin tədqiqi
  • Su ehtiyatlarının qiymətləndirilməsi və qrunt sularının çirklənməsinin qiymətləndirilməsi
  • Suyun kimyəvi analizi
  • Hidrogeoloji xəritələşdirmə və hidrogeoloji modelləşdirmə, hidravlik xüsusiyyətlərin tədqiqi
  • Hidrogeoloji CİS, aerokosmik və geofiziki üsullarla potensial ehtimal edilən sahələrdə su mənbələrinin araşdırılması
  • Yeraltı su laylarının rastgəlmə dərinliyinin və sulu horizontların təyini, qrunt sularının qiymətləndirilməsi
  • Su mənbələri üzrə axtarış-kəşfiyyat işləri, hidrogeoloji parametrlərin hesablanması
  • Geofiziki tədqiqat (şaquli elektrik zondlama (ŞEZ)), hidrogeoloji tədqiqat işləri, su ehtiyatların tədqiqi, kəşfiyyat quyularının Məsafədən Zondlama əsasında optimal yerləşdirilməsi

Geofizika xidmətləri (geofiziki xidmətlər):

  • Geofiziki ölçmələrin marşrutlar üzrə aparılması
  • Quyu üzrə kompleks geofiziki tədqiqat (geofiziki karotaj və s.)
  • Geofiziki zondların yerləşmə sxeminin tərtibi
  • Sahə məlumatlarının interpretasiyası və geofiziki parametrlərin təyini
  • 3D geofiziki modelləşdirmə
  • Side scan sonar ölçmələri, akustik təsvirlərin qurulması
  • Kəsilişin geoloji quruluşunun tədqiqi məqsədi ilə fasiləsiz seysmoakustik profilləmə işləri
  • Horizontal (üfüqi) və vertikal (şaquli) geofiziki kəsilişlərin çıxarılması, litoloji kəsilişin tərtibi
  • Dənizdə geoloji və geofiziki işlərin aparılmasında geodeziya təminatı
  • Səth dalğaları – MASW, Re.Mi., ESAC, Vs30, MAAM və s.
  • HVSR / Vibrations
  • Downhole və Crosshole testləri
  • Su ehtiyatlarının geofiziki tədqiqi
  • Geoloji stratiqrafiya, sürüşmənin öyrənilməsi
  • Şaquli elektrik zondlama (ŞEZ) metodu / Vertical Electrical Soundings (VES)

COST CALCULATOR

Use our form to estimate the initial cost of renovation or installation.

REQUEST A QUOTE
Download Brochures
Download BrochureDownload Summary
© Copyright 2023